Azərbaycan Premyer Liqasında XXXIII turun oyunlarını izləyən azarkeş sayı məlum olub.
Futbolpress.az xəbər verir ki, ən yüksək göstərici Şamaxıda qeydə alınıb. “Şamaxı”nın autsayder “Səbail”lə matçında 1700 tamaşaçı tribunada olub.
Ən aşağı göstərici isə “Araz-Naxçıvan” – “Sabah” matçında qeydə alınıb – 250 tamaşaçı.
Premyer Liqa oyunlarını izləyən azarkeş sayı:
Qarabağ – Sumqayıt 2:0 (1500 tamaşaçı)
Araz-Naxçıvan – Sabah 1:1 (250 tamaşaçı)
Şamaxı – Səbail 1:1 (1700 tamaşaçı)
Zirə – Turan Tovuz 1:0 (1200 tamaşaçı)
Neftçi – Kəpəz 2:2 (850 tamaşaçı)