“Şamaxı” daha bir futbolçu ilə yollarını ayırıb.
Futbolpress.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi Bəhruz Teymurovla müqaviləni yeniləməyib.
I Liqanın son çempionu daha əvvəl Samir Məhərrəmli, Fuad Bayramov, İbrahim Aslanlı, Əli Mürsəlov, Əbil Əbilov, Süleyman Damadayev, Elçin Qasımov, Roman Hüseynov və Əkpər Vəliyevlə yeni sözləşmə imzalamayıb.
“Şamaxı” növbəti mövsüm Premyer Liqada çıxış edəcək.