“Şamaxı”da ayrılıq

“Şamaxı” müqavilə müddəti başa çatan futbolçusu Ramin Əhmədovla yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, bu barədə “şirlər”in mətbuat xidməti məlumat yayıb. Bölgə təmsilçisi yarımmüdafiəçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, “Şamaxı” bir müddət əvvəl İlkin Muradov, Giorgi Kantariya və Adil Nağıyevlə də yollarını ayırmışdı.