“Şamaxı” daha bir futbolçusu ilə yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi Kənan Quliyevlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
“Şamaxı” yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq.