“Şamaxı”da ayrılıq

“Şamaxı” futbolçusu İbrahim Aslanlı ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müqaviləsi başa çatan İbrahim Aslanlı ilə yollar ayrılıb.

“Şamaxı” I Liqada çempion olub və yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq.