“Şamaxı” futbolçu Lubeni Haukonqo ilə yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, belə ki, futbolçu Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ölkədə yaşamaq icazəsi ala bilmədiyi üçün tərəflər arasında imzalanan müqavilə qüvvəyə minməyib.
“Şamaxı” bu ayın əvvəlində oyunçunun transferini açıqlamışdı.