Şamaxı və Zirədə eyni rəqəmlər

Azərbaycan Premyer Liqasında XXII turun oyunlarını izləyən azarkeş sayı məlum olub.

Futbolpress.az xəbər verir ki, ən yüksək göstərici iki matçda qeyd olunub. “Şamaxı” – “Sumqayıt” və “Zirə” – “Neftçi” görüşlərində tribunalarda 1000 tamaşaçı olub.

Ən aşağı göstərici isə “Araz-Naxçıvan” – “Kəpəz” matçında qeydə alınıb. Bu görüşdə tribunalarda 200 tamaşaçı olub.

Şamaxı – Sumqayıt 1:0 (1000 tamaşaçı)
Sabah – Turan Tovuz 2:1 (800 tamaşaçı)
Araz-Naxçıvan – Kəpəz 0:0 (200 tamaşaçı)
Zirə – Neftçi 1:2 (1000 tamaşaçı)
Qarabağ – Səbail 5:0 (400 tamaşaçı)