“Şamaxı” qış fasiləsində ilk transferini reallaşdırıb.
Futbolpress.az xəbər verir ki, “şirlər”mərkəz müdafiəçisi Cəlal Hüseynovu heyətinə qatıb.
Bolqarıstanın “Arda” klubuna məxsus olan Hüseynov mövsümün sonuna qədər icarə əsasında “Şamaxı”da çıxış edəcək.
Cəlal Hüseynov 2022/23-cü illər mövsümündə də “Şamaxı” forması ilə 34 oyuna çıxıb.