“Şamaxı” və “Zirə”dən qələbə

Bu gün Azərbaycan Premyer Liqasında XXVI turun növbəti oyunları keçirildi.

Futbolpress.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutdu.

Günün birinci matçı Şamaxıda oldu. “Sabah” burda yerli komandaya məğlub oldu. Digər görüşdə isə “Zirə” “Səbail”i son dəqiqə qoluyla əliboş yola saldı.

Azərbaycan Premyer Liqası
XXVI tur

9 mart

15:00 Şamaxı – Sabah 1:0

Qol: Edqar Adilxanov, 30
Baş hakim: Cavid Cəlilov
Şamaxı şəhər stadionu

17:30 Zirə – Səbail 1:0

Qol: Ruan Renato, 90+6
Baş hakim: Tural Qurbanov
Zirə İdman Kompleksinin stadionu