“Şamaxı” Premyer Liqaya vəsiqə qazandı!

“Şamaxı” Azərbaycan I Liqasında 2023/2024 mövsümünün qalibi olub.

Futbolpress.az xəbər verir ki, Ramiz Məmmədovun rəhbərlik etdiyi kollektiv sonuncu – XXVII turda “Araz Saatlı”nı məğlub edərək (3:1), qızıl medalların sahibi olub.

Reqlamentə əsasən, I Liqanın qalibi yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq.

“Şamaxı” 2022/2023 mövsümünün sonunda elitanı tərk etmişdi.