“Şamaxı” onunla müqaviləni uzatdı

“Şamaxı” növbəti mövsüm üçün heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Futbolpress.az xəbər verir ki, geridə qalan mövsümdə komandanın kapitanı Emin Zamanovla yeni müqavilə imzalanıb. Yarımmüdafiəçi daha bir il “Şamaxı” forması geyinəcək.

“Şirlər” yeni mövsümdə Premyer Liqada çıxış edəcək.