“Şamaxı” onu komandada saxladı

“Şamaxı” növbəti mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Futbolpress.az xəbər verir ki, “şirlər” müqaviləsi başa çatan Abdulla Seydəhmədov ilə yeni müqavilə imzalayıb. Qolkiperlə yeni müqavilənin müddəti bir ildir.
“Şamaxı” I Liqada çempion olub və yeni mövsümdə Premyer Liqada çıxış edəcək.