Premyer Liqa klublarından “Şamaxı” növbəti transferini reallaşdırıb.
Futbolpress.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə klubu almaniyalı hücumçu Leroy Mikelsi heyətinə qatıb. 29 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb. Mikelsin çıxış etdiyi son klub Səudiyyə Ərəbistanın “Əl Taraji” klubu olub.