“Şamaxı” məşqçilərini göndərdi

“Şamaxı” növbəti mövsümün hazırlıqlarına davam edir.

Futbolpress.az xəbər verir ki, məşqçilər heyəti ilə yollar ayrılıb. Köməkçi məşqçi Məqsəd Yaqubəliyev, məşqçi Mehman Baxışov və qapıçılar üzrə məşqçi Elnar Kərimovla imzalanmış müqavilələrin müddəti başa çatıb.

Komandada daha əvvəl baş məşqçi Ramiz Məmmədov vəzifəsindən ayrılıb.

“Şamaxı” I Liqada çempion olub və yeni mövsümdə Premyer Liqada çıxış edəcək.