“Şamaxı” Küveyt komandası ilə qarşılaşacaq

“Şamaxı” yay təlim-məşq toplanışını davam etdirir.

Futbolpress.az xəbər verir ki, “şirlər” toplanış zamanı dördüncü yoxlama oyununu keçirəcək və bu matçda Küveytin “Əl-Yarmuk” komandası ilə qarşılaşacaq.

Qarşılaşma 26 iyul, saat 17:00-da Qəbələ şəhər stadionunda start götürəcək.

“Şamaxı” bundan əvvəl “Kəpəz”i (2:1), “Pelikan”ı (5:0) və “Cəbrayıl”ı (4:0) məğlub edib.