“Şamaxı” daha bir futbolçu ilə yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, “şirlər” Əbil Əbilovla müqaviləni ləğv edib.
Ötən mövsümün əvvəlində “Şamaxı”ya qoşulan Əbilov qış fasiləsində “Difai Ağsu”ya icarəyə verilmişdi. İcarə müddəti bitən və müqavilə ilə “Şamaxı”ya məxsus olan müdafiəçi ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.
“Şamaxı” yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq.
Bölgə təmsilçisi daha əvvəl qapıçı Əkpər Vəliyev, Süleyman Damadayev və Elçin Qasımovla yollarını ayırıb.