“Şamaxı” “Araz-Naxçıvan”a, “Neftçi” “Səbail”ə qarşı – YENİLƏNİR

Bu gün Azərbaycan Premyer Liqasında X turun daha iki oyunu keçiriləcək.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında “Şamaxı” “Araz-Naxçıvan”ı qəbul edəcək.

Baş məşqçi postuna Samir Abasovu gətirən “Neftçi” azarkeşləri önündə “Səbail”lə üz-üzə gələcək.

Azərbaycan Premyer Liqası
X tur

19 oktyabr

15:30 Şamaxı – Araz-Naxçıvan
Baş hakim: Fərid Hacıyev
Şamaxı şəhər stadionu

18:00 Neftçi – Səbail
Baş hakim: Rauf Cabarov
“Neftçi Arena”