Bu gün Azərbaycan Premyer Liqasında II turun daha iki oyunu keçirilib.
Futbolpress.az xəbər verir ki, mövsümə bir xalla başlayan “Neftçi”nin bu dəfə Bayılda xal itkisi ilə yadda qalıb. “Ağ-qaralar” “Səbail”in müqavimətini qıra bilməyib. 24-cü dəqiqədə Yuri Matiasın qolu “Neftçi”yə üstünlük qazandırıb. İkinci hissənin əvvəlində isə “dənizçilər” Dmmitro Litvinlə bərabərliyi təmin ediblər. Bu, görüşdə sonuncu qol olub və tərəflər 1 xala razılaşıblar.
Azərbaycan Premyer Liqası
II tur
10 avqust
Səbail – Neftçi 1:1
Qollar: Yuri Matias, 24 – Dmitro Litvin, 48
Baş hakim: Kamal Umudlu
“ASCO Arena”