“Zirə”nin futbolçusu Salifu Sumanın meneceri Yusef Mussaid müştərisinin adının Rusiyanın “Spartak” klubu ilə hallanmasına münasibət bildirib.
Futbolpress.az xəbər verir ki, agent “Matç TV”yə açıqlamasında hələ rəsmi təklifin olmadığını deyib:
“Bir çox klubla danışıqlar aparmışam. Lakin onlar arasında “Spartak” yoxdur. Onlar mənə zəng vurmayıb”.
Sumanın adı “Spartak” və Kiyev “Dinamo”su ilə hallanır. Vinger bu mövsüm 24 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə edib.