“Liverpul”un misirli ulduzu Məhəmməd Salah yeni rekorda imza atıb.
Futbolpress.az xəbər verir ki, 32 yaşlı futbolçu İngiltərə Premyer Liqasının XVII turu çərçivəsində keçirilən “Tottenhem”lə görüşdə buna nail olub. “Mersisaydlılar”ın 6:3 hesablı qalib gəldiyi matçda Salah 2 qol və 1 məhsuldar ötürmə edərək, qış fasiləsinə qədər hər iki göstərcidə cüt rəqəmlərə çatan ilk şəxs olub.
Hazırda İngiltərə Premyer Liqasına bombardirlik edən forvardın aktivində 15 qol və 11 məhsuldar ötürmə var.