Salahdan rekord göstərici

“Liverpul” Premyer Liqanın XV turundan təxirə salınmış oyunda “Everton”la heç-heçə edib – 2:2.

Futbolpress.az xəbər verir ki, “qırmızılar”ın hücumçusu Məhəmməd Salah matçda komandasının ikinci qolunu vurub. O, bu mövsüm çempionatda səfər oyunlarında 22 qol vurub.

Salah bir mövsümdə səfərdə vurulan qolların sayında rekorda imza atıb. Bundan öncəki rekord 1993/94 mövsümündə “Nyukasl”da çıxış edən Endi Koulda idi (21 qol).