“Liverpul”un futbolçusu Məhəmməd Salah “Mançester Siti”nin futbolçusu Erlinq Haaland haqda danışıb.
Futbolpress.az xəbər verir ki, misirli forvard norveçli ilə bağlı bunları deyib:
“Haalanda böyük hörmətim var. O, hücumçudur və buna görə mövqeyi daha asandır. Bunu hər cinah oyunçusu təsdiqləyə bilər. Çünki mərkəz hücumçusu ilə vingerin fərqləri var. Ona görə bir-birimizi müqayisə etmək istəmirəm”.
Salah bu mövsüm 37 oyunda 29 qol vurub, 20 məhsuldar ötürmə edib.