“Liverpul”un misirli hücumçusu Məhəmməd Salah klubdakı gələcəyi barədə danışıb.
Futbolpress.az xəbər verir ki, təcrübəli futbolçu cari mövsümün sonunda “mersisaydlılar”ın düşərgəsini tərk edə biləcəyini söyləyib:
“Mövsümün sonunda “Liverpul”dan ayrılacağıma inanıram? Hələlik, bəli. Bu, klubdakı son altı ayımdır. Yeni müqavilə ilə bağlı heç bir irəliləyiş yoxdur. Beləliklə, biz yalnız gözləyə və görə bilərik”.
Xatırladaq ki, 32 yaşlı Salah 2017-ci ildən İngiltərə təmsilçisinin heyətində çıxış edir. O, komandasının ən sərrast oyunçusu olmaqla yanaşı, hazırda aktivindəki 17 qolla İngiltərə Premyer Liqasının bombardiridir.