Salah “Liverpul”da son mövsümünü keçirəcək

Misirli futbolçu Məhəmməd Salah “Liverpul”la müqaviləsini uzatmayacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə “Liverpool Echo” portalı məlumat yayıb. Xəbərdə Salahın klubla yeni sözləşmə məsələsində razılığa gəlmədiyi bildirilib.

Bundan əlavə, 32 yaşlı hücumçunun “Liverpul”da son mövsümünü keçirəcəyi qeyd edilib.

Salah 2017-ci ildən “qırmızılar”da forma geyinir. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.