Salah dünyanın ən yaxşısı seçildi

Bu yaxınlarda BBC-nin rəsmi səhifəsində insanlardan hazırda dünyanın ən yaxşı futbolçusuna səs vermələri xahişi ilə sorğu keçirilib.

Futbolpress.az xəbər verir ki, səsvermə nəticəsində “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah böyük fərqlə qalib gəlib. O, səslərin 83 faizini toplayıb. “Real Madrid”in ulduzu Kilian Mbappe cəmi 9 faizlə ikinci, Vinisius Junior 4 faizlə üçüncü, Lamin Yamal isə 2 faizlə dördüncü yerdə qərarlaşıb. Digər oyunçular da ümumi 2 faiz toplayıblar.

Salah “Liverpul”u çempionluğa aparır. 32 yaşlı cinah oyunçusu bu mövsüm bütün yarışlar daxil 25 matç keçirib və 30 qol vurub.