“Liverpul”un hücumçusu Məhəmməd Salah Premyer Liqada “Mançester Siti”yə qalib gəldikləri görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki, misirli hücumçu 2:0 hesabıyla bitən matçla bağlı bunları deyib:
“İnanılmaz nəticədir. “Mançester Siti”yə qarşı səfərdə oynamaq çox çətindir. Onlar inanılmaz güclüdürlər və heyrətamiz məşqçiləri var. Qələbə qazandığımız üçün şadam. Çempionluq yolunda vacib xallar qazandıq”.
“Liverpul” Premyer Liqada 27 turdan sonra 64 xalla liderdir. Mersisayd təmsilçisi bir oyun az keçirən “Arsenal”ı 11 xal qabaqlayır.