Şakiridən unikal göstərici

İsveçrə millisi Avro-2024-ün qrup mərhələsində Şotlandiya ilə heç-heçə edib – 1:1.

Futbolpress.az xəbər verir ki, görüşdə isveçrəlilərin yeganə qolunu vuran Xerdan Şakiri unikal göstəriciyə imza atıb.

“Opta”nın məlumatına görə, Şakiri üç fərqli Avropa çempionatında qol vuran ilk isveçrəli futbolçu olub. O, daha əvvəl Avro-2016 və Avro-2020-də fərqlənməyi bacarıb.

İsveçrə A qrupunda 4 xalla ikinci sıradadır. Qrup lideri isə 6 xalla Almaniyadır.