İsveçrə millisinin sabiq futbolçusu Xerdan Şakirinin yeni klubu məlum olub.
Futbolpress.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ölkəsinə qayıdıb. O, “Bazel”lə müqavilə imzalayıb.
Şakiri yeni klubu ilə 3 illik sözləşməyə imza atıb.
Futbolçunun son klubu ABŞ-də “Çikaqo Fayr” olub. “Bazel”in yetirməsi olan Şakiri daha əvvəl “Bavariya”, “İnter”, “Stok Siti”, “Liverpul”, “Lion” kimi klublarda forma geyinib.