Bu gün Türkiyə Super Liqasında XXXVII tura yekun vurulub.
Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turun açılış matçında “Sivasspor” səfərdə “İstanbulspor”a qalib gəlib.
Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” səfərdə “Antalyaspor”a uduzub.
Azərbaycan milli komandasının üzvü Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” “Beşiktaş” səfərindən bir xalla dönüb. Dadaşov oyunun 72-ci dəqiqəsində meydana daxil olub.
“Trabzonspor” isə səfərdən 3 xalla dönməyi bacarıb. Turun mərkəzi qarşılaşmasında isə “Fənərbağça” “Qalatasaray”ı məğlub edib.
Türkiyə Super Liqası
XXXVII tur
17 may
İstanbulspor – Sivasspor 1:3
Qollar: V.Temel, 81 – K.Karisis, 17, A.Turqunboev, 43, F.Koita, 54
Antalyaspor – Adana Demirspor 2:1
Qollar: S.Mendosa, 30 (avtoqol), M.Yılmaz, 74 – A.Aymbetov, 65
18 may
Ankaragücü – Pendikspor 0:0
Başakşəhər – Trabzonspor 0:1
Qol: P.Onaçu, 45+2
Beşiktaş – Hatayspor 2:2
Qollar: Q.Fernandes, 50. V.Abubakar, 90+7 – M.Matondo, 26. F.Dele, 55.
Qaziantep – Karagümrük 3:1
Qollar: E.Ersoy, 47. M.Jevtoviç, 90. J.Monteiro, 90+9. – Markao, 67.
Kayserispor – Konyaspor 2:2
Qollar: K.Mane, 32. 77 – S.Dikmen, 36. N.Steven, 74.
Rizespor – Kasımpaşa 0:0
Samsunspor – Alanyaspor 1:1
Qollar: Marius, 60. – O.Aydın 14.
19 may
Qalatasaray – Fənərbağça 0:1
Qol: Çağlar Söyüncü, 71