Şahruddinin komandasında ayrılıq

Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” yarımmüdafiəçi Luiş Nani ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nani ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

37 yaşlı vinger bu mövsüm Türkiyə Super Liqasında 28 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.