“Qarabağ” yeni mövsüm üçün növbəti transferini reallaşdırıb.
Futbolpress.az xəbər verir ki, “atlılar” qapıçı Şahrudin Məhəmmədəliyevi heyətinə cəlb edib.
Klubla 30 yaşlı qapıçı arasında bir illik müqavilə imzalanıb. Ötən mövsümdə Türkiyənin “Adana Demirspor” klubunun formasını geyinən futbolçu 2025-ci ilin yayına qədər “Qarabağ”da çıxış edəcək.
Məhəmmədəliyev 2016-23-cü illərdə “atlılar”ın formasını geyinib. O, 2023-cü ilin yayında “Qarabağ”dan Türkiyə klubuna transfer edilib. Şahrudin komandada 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.