“Qarabağ” sabiq qapıçısı Şahruddin Məhəmmədəliyevi heyətinə qatıb.
Azərbaycan yığmasının keçmiş qolkiperi Hüseyn Məhəmmədov “FutbolPress“ə açıqlamasında “Şah”ın “atlılar”a dönmək qərarına münasibət bildirdi:
“Məncə, düzgün seçimdir. Şahruddin uzun illər “Qarabağ”ın şərəfini qoruyub və komandanın içində olub. Onun üçün bura uyğunlaşmaq problem olmayacaq. Düzdür, yeni – portuqaliyalı qapıçı var. Şahruddin onunla rəqabət aparmalıdır. Bu isə komanda üçün faydalı olacaq. Çünki rəqabət varsa, inkişaf da var. İndiki durumda Şahruddin düzgün seçim etdi. “Qarabağ”a qayıtmaq, yenidən özünü göstərmək onun üçün faydalıdır. Şahruddinin “Qarabağ”a gəlməklə düzgün etdiyini düşünürəm”.
Şahruddin 2016-2024-cü illərdə “Qarabağ”ın formasını geyinib. O, ötən mövsümdə Türkiyənin “Adana Demirspor” klubunda oynayıb. Qapıçı ötən mövsümün sonunda Super Liqa təmsilçisini maliyyə problemlərinə görə tərk edib.
Şahin Cəfərov