Şahruddin: “Karyeramın ən çətin iki ili, üç əməliyyat…”

Azərbaycan millisinin qolkiperi Şahruddin Məhəmmədəliyev instaqram hesabında paylaşım edib.

Futbolpress.az xəbər verir ki, Türkiyənin “Adana Demirspor” klubunda çıxış edən qapıçı bunları yazıb:

“Karyeramın ən çətin iki ili, üç əməliyyat, səkkiz aylıq sağalma, çoxlu ağrılar, boşa çıxan enerji və emosiyalar geri qayıtmaq və daha güclü olmaq üçün cəhdlər, hər şey üçün Allaha şükürlər, çoxlu sevgi və hər kəsə təşəkkürlər”.

Şahruddin ötən ilin sentyabrından “Adana Demirspor”da çıxış edir. O, Super Liqada 25 oyunda 40 qol buraxıb, 5 matçda isə qapısını toxunulmaz saxlayıb.