“Şahdağ Qusar”la “Şəfa” I Liqaya vəsiqəni təmin etdi

Azərbaycan II liqasında XXI tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk gündə 4 oyun keçirilib. Baş tutan hər dörd matçda qonaqlar qələbə qazanıb.

“Şahdağ Qusar”la “Şəfa” qalib gəlməklə, I liqaya vəsiqəni təmin ediblər.

Azərbaycan II Liqası

XXI Tur

15 aprel

Göygöl – Şahdağ Qusar 0:2

Qollar: V.Hüseynov, 11, R.Əmirquliyev, 82 (pen.)

Haypers Quba – Şəfa 1:5

Qollar: C.İmamverdiyev, 76 (pen.) – A.Yunanov, 32, 51, 63, E.Cəfərov, 73, S.Ağayev, 88 

Şəki Siti – Qusar 0:1 

Qol: Ə.Məmmədli, 62

Lerik – Dinamo 1:2 

Qollar: V.Yusubzadə, 90+5 – S.Hüseynli, 75, Ş.Əliyev, 84 (pen.)

16 aprel

16:30. “Füzuli” – “Ağdaş”

16:30. “Şəmkir” – “Kür-Araz”

16:30. “Araz Saatlı” – “Şimal”