“Şahdağ Qusar” – çempion!

Azərbaycan II Liqasında 2024/25 mövsümünün qalibi məlum olub.

Futbolpress.az xəbər verir ki, sonuncu – XXVI turda “Dinamo” ilə heç-heçə edən (0:0) “Şahdağ Qusar” çempion olub.

Komanda ən yaxın izləyicisi “Şəfa”nı bir xal qabaqlayaraq 72 xal toplayıb və qızıl medalları qazanıb.