Sadıqov: “Hər bir futbolçumuz üçün qapımız digər klublara açıqdır”

Azərbaycan Kubokunun 1/4 finalında baş tutan “Araz-Naxçvan” – “Zirə” (1:0) arasındakı ilk matçdan sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini böülüşüb:

– Kuboka layiq bir oyun keçdi. Çoxlu qol epizodları və yaxud kombinasiyalı futboldan danışa bilmərik. Hər iki komanda daha çox mübarizəli futbol nümayiş etdirdi. Küləkli hava şəraiti də texnikalı futbol oynamağa mane olurdu. Bu üzdən də istədiyimiz baxımlı görüşün şahidi olmadıq. Kubok oyunları adətən belə olur. İkinci hissədə də qapımıza penalti təyin edildi və məğlub olduq. Bundan başqa qapımız qarşısında başqa hər hansı qol epizodu xatırlamıram. Biz də qol epizdolarına girə bilmirdik. Hər şey ikinci oyunda həll olunacaq.

– Hazırda üstünlük “Araz-Naxçıvan”da olduğu üçün ikinci oyunda sıx müdafiə olunacaq. Onların müdafiəsini yarmaq “Zirə” üçün çətin olmayacaq?
– Təbii olaraq. Əgər biz 1:0 öndə olsaydıq, daha güvənli oynayacaqdıq. Nəzərə alsaq ki, “Araz-Naxçıvan” daha az qol buraxır. Etibarlı müdafiə olunmağı bacarırlar. Bizim işimiz daha da əziyyətli ola bilər. Amma çalışacayıq ki, ikinci oyunda istənilən nəticəni əldə edək və mərhələ adlayan tərəf biz olaq. Bu gün də qələbə qazanmaq istəyirdik, amma alınmadı. Sıx qrafikdə oynayırıq. Cavab matçından sonra da “Turan Tovuz”la oyunumuz var. Cavab oyununa böyük qüvvə sərf edib hazırlaşacayıq.

– Son 2-3 gündür ki, Salifu Sumayla xarici klubların maraqlandığı deyilir. Gündəmdə olan bu məsələyə aydınlıq gətirərdiniz. Həqiqətən rəsmi təklif var?
– Təkliflər var. Təkcə Salifu deyil, bir neçə futbolçumuzla bağlıdır. İstər yayda, istər indidə var. Rəsmi təkliflərdə var, maraq göstərənlər də var. Hansı klub olduğunu açıqlamayacam. Salifuya rəsmi təklif oldu. Ancaq biz onunla danışdıq və müqaviləni uzatdıq. Onun da, bizim də xeyri üçün lazım olan qərar qəbul edildi. Hər bir futbolçumuza görə bizim qapımız digər klublara açıqdır. Təklifə və oyunçunun gedəcəyi yerə baxır. Bu, futbolun bir hissəsidir. Ola bilər ki, qalsın və ya getsin. Əsas odur ki, getdiyi yerdə inkişaf etsin və xoşbəxt olsun.

Mirkamal Kazım