Sabiq “Zirə”li özünə klub tapdı

“Zirə”nin sabiq futbolçusu Nemanya Andelkoviç karyerasını Qazaxıstanda davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, 27 yaşlı müdafiəçi “Aktobe” ilə razılaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Andelkoviç ilə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

Andelkoviçin son ünvanı Rusiyada “Ximki” olub. O, 2021-2023-cü illərdə “Zirə”nin formasını geyinib.