Sabiq “Sumqayıt”lı işsiz qaldı

Rusiyanın “Sokol” klubu baş məşqçisi Aleksey Baqa ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Sokol” çempionatda 19 turdan sonra 19 xalla 16-cı sıradadır.

Baqa 2021-ci ilin dekabrından 2022-ci ilin sentyabrına qədər “Sumqayıt”a rəhbərlik edib.