Sabiq “Real”lı Messi ilə komanda yoldaşlı ola bilər

“Mançester Yunayted”dən ayrılan Rafael Varan karyerasını ABŞ-də davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “İnter Mayami” fransalı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə jurnalist Xerman Qarsiya Qrova məlumat yayıb. Xəbərdə Florida təmsilçisinin artıq Varanla danışıqlara başladığı bildirilib.

“İnter Mayami”də “Barselona”nın sabiq futbolçuları Lionel Messi, Jordi Alba, Serxio Buskets çıxış edir. Varan isə daha öncə “Real”da forma geyinib.