Sabiq “Qarabağ”lı komandasını elitaya yüksəldi

Fransa Liqa 1-ə yüksələn sonuncu komanda məlum olub.

Futbolpress.az xəbər verir ki, həlledici görüşdə “Mets”ə qalib gələn “Sent-Etyen” elitaya yüksəlib.

İlk oyunda rəqibini 2:1 hesabıyla məğlub edən “Sent-Etyen” cavab görüşündə də 2:2 hesablı heç-heçə edib və Liqa 1-ə yüksəlib. Komandanı məğlubiyyətdən sabiq “Qarabağ”lı İbrahim Vadji xilas edib. O, 117-ci dəqiqədə fərqlənərək “Sent-Etyen”i elitaya yüksəldib.

Forvard 2022-ci ilin yayında “Qarabağ”dan Fransa klubuna keçib.