“Qarabağ”ın sabiq qapıçısı, hazırda Moskva “Dinamo”sunda çıxış edən Andrey Lunyov Rusiya millisinin beynəlxalq arenaya mümkün qayıdışını şərh edib.
Futbolpress.az “RB Sport”a istinadən xəbər verir ki, qolkiper yayılan xəbərlərə inanmadığını deyib:
“Bunların real olacağını düşünmürəm. İndi siyasi gündəmin necə olduğunu bilirik və realist olmalıyıq. Avro-2028-də millinin iştirakına inanmıram. Düşünürəm ki, bu istiqamətdə hansısa iş də görülmür”.
Lunyov 2023-cü ilin avqustundan 2024-cü ilin yayına kimi “Qarabağ”da çıxış edib. O, daha sonra “Dinamo” ilə müqavilə imzalayıb.
Rusiya yığması Ukraynaya hücum səbəbindən beynəlxalq turnirlərdən kənarlaşdırılıb.