“Qalatasaray”ın sabiq futbolçusu Felipe Melo karyerasını bitirib.
Futbolpress.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Bu gün mən həyatımın ən mühüm fəsillərindən birini bağlayıram: futbol karyeramı. Bu illər döyüşlər və nailiyyətlərlə dolu inanılmaz illər idi, lakin hər şeydən əvvəl atdığım hər addımda Allahın planının yerinə yetirildiyini gördüm. Yaşadığım hər şey, hər an Onun əli ilə idarə olunurdu və mən sevdiyim işlə məşğul olmaq imtiyazına görə sonsuz minnətdaram”.
41 yaşlı Melonun son klubu 2023-cü ildə Libertadores kubokunu qazandığı “Fluminense” olub. O, “Palmeyras”la da iki dəfə bu turnirin qalibi olub. Felipe “Almeriya”, “Fiorentina”, “Yuventus”, “İnter”, “Qalatasaray” və digər komandalardakı çıxışları ilə tanınır. Yarımmüdafiəçi Braziliya millisində də 22 oyun keçirib və 2 qol vurub. “Qalatasaray”la Melo iki dəfə Türkiyə çempionu olub, həm də ölkə kubokuna sahib çıxıb. O, Braziliya ilə 2009-cu ildə Konfederasiyalar Kubokunu da qazanıb.