Zoumana Kamara “Monpelye”nin yeni baş məşqçisi təyin olunub.
Futbolpress.az xəbər verir ki, mütəxəssisin əvvəlki iş yeri PSJ olub. O, müxtəlif vaxtlarda əsas komandada köməkçi, gənc futbolçuların koordinatoru kimi çalışıb, eyni zamanda gənclər komandasına rəhbərlik edib. 2024-cü ilin yayında Paris klubundan ayrılıb.
28 turdan sonra “Monpelye” Fransa Liqa 1-də 15 xalla 18-ci yerdədir.