Sabiq “Milan”lı klubsuz qaldı

“Valensiya”nın futbolçusu Samu Kastilyexo klubu tərk edib.

Futbolpress.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 29 yaşlı cinah oyunçusu azad agent statusundadır.

Samu 2022-ci ildən “Valensiya”nın formasını geyinirdi. O, ötən mövsümü İtaliyada “Sassuolo”da icarədə keçirib.

Samu daha əvvəl “Montsa”, “Milan”, “Vilyarreal” kimi klublarda forma geyinib.