Sabiq “Liverpul”lu Gürcüstan klubuna keçdi

PSJ və “Liverpul”un sabiq futbolçusu Mamadu Sako karyerasını Gürcüstanda davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, 34 yaşlı müdafiəçi “Torpedo”ya keçib. Bu barədə Kutaisi təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Karyerası ərzində PSJ, “Liverpul”, “Kristal Pelas” və “Monpelye”də çıxış edən Sako ötən ilin noyabrından klubsuz idi.