Sabiq komandasından danışdı

“Milan”ın sabiq futbolçusu Marsel Desayli klubun problemlərindən danışıb.

Futbolpress.az xəbər verir ki, o, “Milan”ın dişlərini sıxmalı olduğunu və Çempionlar Liqasına vəsiqə qazanacaqlarına şübhə etmədiyini bildirib:

“Mən klubun Manyan və ya Teo Hernandes kimi fərdi oyunçularla bağlı problem olduğunu düşünmürəm. Ümid edirəm ki, kluba qoyulan bütün investisiyalardan sonra onların hər ikisini növbəti mövsüm Çempionlar Liqasında “Milan”da görəcəyəm”.

İtaliya klubu hazırda İtaliya çempionatında 9-cu pillədə qərarlaşıb.