Sabiq komandasına qayıda bilər

“Fiorentina” Federiko Kyezanı geri qaytarmaqda maraqlıdır.

Futbolpress.az xəbər verir ki, cinah oyunçusu peşəkar karyerasına Florensiyada, “Yuventus”a uğursuz keçiddən və 2024-cü ildə “Liverpul”a ucuz transferdən əvvəl başlayıb. Kyeza “mersisaydlılar”ın heyətində cəmi 4 dəfə oynayıb və bu, onun gələcəyi ilə bağlı fərziyyələrə səbəb olub. “Fiorentina” “Kyeza”nın illik 7 milyon avro maaşını ödəyə bilmir. Yəni onun “Liverpul”dan icarəyə götürülməsi halında, maaşının bir hissəsini ödəməyə razılıq verməsi lazımdır. Danışıqların yanvarın ikinci yarısında və ya hətta transfer pəncərəsinin ən sonunda baş tutacağı gözlənilir.

27 yaşlı italiyalı vingerin İngiltərə klubuyla müqaviləsi 2028-ci ilin yayına qədərdir.