Rahim Sterlinqin “Arsenal”dakı karyerası mövsümün sonunda başa çatacaq.
Futbolpress.az xəbər verir ki, insayder Fabiritsio Romanonun sözlərinə görə Sterlinq yenidən “Çelsi”yə qayıdacaq. Bu səbəbdən də ingiltərəli hücumçu “topçular”la sözləşməsini yeniləməyəcək.
Sterlinq yay transfer pəncərəsinin son günündə “Arsenal”a icarəyə verilib. O, o vaxtdan bəri Premyer Liqanın cəmi 4 oyununda meydana çıxıb və bir qol belə vura bilməyib.