“Nyukasl”ın vingeri Miqel Almiron karyerasını MLS Liqasında davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, paraqvaylı futbolçu sabiq komandası “Atlanta Yunayted”ə qayıtmağa yaxındır. Almiron 2017 və 2018-ci illərdə bu komandada çıxış edib. Bildirilir ki, tərəflər razılıq əldə etməyə yaxındırlar. Futbolçu ilə 4,5 illik müqavilə imzalanacaq, transferin dəyəri 12 milyon dollar qiymətləndirilir.
30 yaşlı cinah hücumçusu 2018-ci ildən İngiltərə klubunun heyətində çıxış edib. Onun “Nyukasl”la hazırki müqaviləsi 2026-cı ilin yayına kimidir.