“Arsenal”ın yarımmüdafiəçisi Tomas Partey İspaniyaya qayıda bilər.
Futbolpress.az xəbər verir ki, “Atletiko” və “Barselona”nın bu yay qanalı futbolçunu pulsuz transfer etməkdə maraqlı olduğu bildirilir. Parteyin 2012-2020-ci illərdə Madrid təmsilçisində çıxış etməsi onun böyük ehtimalla “matrasçlılar”a keçəcəyinə işarə edir.
31 yaşlı yarımmüdafiəçinin “topçular”la müqaviləsi cari mövsümün sonunda başa çatır.